Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto

 Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto

Ağcabədidə iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb, digərinin vəziyyəti ağırdır.

Asayis.az Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Hindarx qəsəbəsi ərazində baş verib.

Qəsəbə sakini 1987-ci il təvəllüdlü Şaiq Tofiq oğlu Ələsgərov idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Bayram Zöhrab oğlu İsmayılovun "Hunday" markalı avtomobili ilə toqquşub.

Nəticədə "Mersedes"in sürücüsü Ş.Ələsgərov hadisə yerində ölüb, digər sürücü B.İsmayılov ağır xəsarətlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

16:36 - 23 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin