Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq

 Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yağış və dumanla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Asayis.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 22-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

18:06 - 21 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin