Bu gün Beynəlxalq Novruz günüdür

 Bu gün Beynəlxalq Novruz günüdür

Bu gün Beynəlxalq Novruz günü kimi qeyd olunur.

Asayis.az xatırladır ki, BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

"Yeni gün" mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

10:30 - 21 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin