Bayramda Qarabağa gedənlərə xəbərdarlıq - Video

 Bayramda Qarabağa gedənlərə xəbərdarlıq - Video

Daxili İşlər Nazirliyi Novruz və Ramazan bayramlarını Qarabağda qeyd edənlərə müraciət edib.

Asayis.az müraciətin mətnini təqdim edir:

"Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən əziz soydaşlarımız və ölkəmizin xarici qonaqları! Bayram günlərinin şən əhval-ruhiyyədə və əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirirlər.

Vətəndaşlar isə məsuliyyətli davranışları ilə bu sabitliyi daha da möhkəmləndirə bilərlər. Qarabağa sərbəst və maneəsiz səfər etmək üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək vacibdir. Şəxsi minik avtomobili ilə səfər edən şəxslər müəyyən olunmuş marşrutlardan kənara çıxmamalıdırlar. Bundan əlavə, əraziyə tez alışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə olunur. Beləliklə, Qarabağın dilbər guşələrində ictimai narahatlıq yarada biləcək ən xırda hallardan belə çəkinmək, nümunəvi davranış nümayiş etdirmək hər birimizin vətəndaşlıq borcudur".

12:50 - 19 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin