Bu il "Son zəng" fərqli tarixdə keçiriləcək

 Bu il

Azərbaycanda bu il “Son zəng” tədbiri 14 iyunda deyil, 12 iyunda keçiriləcək.

Asayis.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb.

Məlumata görə, tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyun tarixinin qeyri-iş günü olmasıdır.

Beləliklə, ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” mərasimi bu il 12 iyunda baş tutacaq.

20:04 - 22 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin