Sumqayıtda fərdi ev külə döndü - Foto

 Sumqayıtda fərdi ev külə döndü - Foto

Sumqayıtda fərdi yaşayış evi yanıb.

Asayis.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Həşim Hacıbaba oğlu Həşimova məxsus ümumi sahəsi 60 kvadratmetr olan fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürən qüvvələr cəlb olunub və alovun ətrafa yayılmasının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

17:40 - 21 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin