Neftçalada iki qardaş bayram günü faciəvi şəkildə öldü

 Neftçalada iki qardaş bayram günü faciəvi şəkildə öldü

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

Asayis.az APA-ya istinadla xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Rəvan Vüsal oğlu Manaflı və qardaşı 2011-ci il təvəllüdlü Əli Vüsal oğlu Manaflı səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99 TE 303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

10:56 - 20 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin