Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək.
Asayis.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uzun illər İlya ilə dostluq edib:
"O, daim mənim yanımda olub. Martın 22-də dəfndə iştirak edəcəyəm. Böyük şəxsiyyət idi. Azərbaycanın və mənim dostum idi. Dəfələrlə olub ki, Ermənistan məsələsində mənim yanımda olub. Yaxın dostumu itirdim".
