Azərbaycanlı gənc ABŞ-da itkin düşdü - Foto

 Azərbaycanlı gənc ABŞ-da itkin düşdü - Foto

Azərbaycanlı gənc Amerika Birləşmiş Ştatlarında (ABŞ) itkin düşüb.

Asayis.az Oxu.az-a istinadən xəbər verir ki, Ömər Yaşar oğlu Bayramzadə 3 həftə əvvəl yaşadığı evdən ayrılıb və həmin vaxtdan ondan xəbər almaq mümkün olmayıb.

Məlumata görə, məsələ ilə bağlı yerli polisə məlumat verilib və hüquq-mühafizə orqanları axtarışlarını davam etdirir.

Qeyd edək ki, Ö.Bayramzadə Ohayo ştatının Kolumbus şəhərində yaşayırmış.

10:44 - 23 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin