TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı - Foto

 TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri Elşad Məmmədli vəzifəsindən azad edilib.

Asayis.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Elşad Məmmədli 2024-cü ilin fevral ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə müşavir təyin olunmuşdu. Vüqar Qurbanov işdən çıxarıldıqdan sonra onun ən yaxın adamı sayılan Elşad Məmmədli də öz ərizəsi ilə vəzifəsindən gedib.

15:54 - 18 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin