Böyükşorda qurğu tikilir: əhaliyə kompensasiya veriləcək

 Böyükşorda qurğu tikilir: əhaliyə kompensasiya veriləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun (TSTQ) tikintisi istiqamətində işlərə başlayıb.

Asayis.az APA-ya istinadən xəbər verir ki, qurğunun tikinti layihəsinin altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.

Paralel olaraq, Salyan şəhərində 11 tullantı su nasos stansiyasının, Xaçmazda 6 ədəd kiçik sututarın tikintisi isitqamətində də işlərə başlanılıb.

Sözügedən ərazilərdə də tikinti layihələri altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3/gün olan yeni TSTQ-nın (tullantı sularının təmizləyici qurğusu) inşası təklif edilib.

19:20 - 18 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin