Muğanlı-İsmayıllı avtomobil yolunun yeni çəkilən hissəsində torpaq sürüşməsi qeydə alınıb.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, sürüşmə yolun 11-ci kilometrliyində, Ağsu rayonunun Sanqalan və Quzey kəndləri istiqamətinə gedən hissəsində baş verib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
