Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün işləməyəcək

 Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün işləməyəcək

Azərbaycanın Türkiyədəki səfirliyi on gün konsulluq xidməti göstərməyəcək.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq.

Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.

14:08 - 16 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin