AzTV-nin əməkdaşı qəfil vəfat etdi

 AzTV-nin əməkdaşı qəfil vəfat etdi

Azərbaycan Televiziyasının (AzTV) kollektivinə ağır itki üz verib. Qurumun gənc və istedadlı əməkdaşı Bahadur Nəsirov vaxtsız dünyasını dəyişib.

Asayis.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Sevinc İsmayılqızı məlumat yayıb.

O bildirib ki, 38 yaşlı B.Nəsirov bu gün səhər saatlarında qəfil keçinib.

Mərhumun bir azyaşlı övladı yadigar qalıb.

09:44 - 16 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin