Türkiyə Jandarm Komandanlığı Azərbaycanı təbrik etdi

 Türkiyə Jandarm Komandanlığı Azərbaycanı təbrik etdi

Türkiyənin Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Jandarm Qüvvələri Komandanlığı 12 Mart - Daxili Qoşunlar Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Asayis.az xəbər verir ki, Komandanlığın sosial media hesablarında iki dildə yerləşdirilən paylaşımda deyilir: “Azərbaycan Respublikası Daxili Qoşunları yaranma gününüz mübarək!”.

Paylaşımda Türkiyə Jandarm qüvvələri ilə Azərbaycan Daxili Qoşunlarının simvolları da yer alıb.

01:26 - 13 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin