Azərbaycanda bu qərar dəyişdi

 Azərbaycanda bu qərar dəyişdi

Nazirlər Kabineti 18 iyul 2011-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarında dəyişiklik edib.

Asayis.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, Prezidentin Protokol Xidmətinin nəqliyyat vasitələri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.

17:06 - 6 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin