Bu, həyata keçirilən islahatların bir hissəsidir. Özəl sektorda onkoloji xidmət göstərilməsi və bu fəaliyyətə icazə verilməsi üçün xüsusi qaydalar və tələblər hazırlanıb. Yalnız ən yüksək standartlara cavab verən tibb müəssisələrinə müvafiq lisenziya veriləcək.
Bu sözləri Asayis.az-a açıqlamasında səhiyyə naziri Teymur Musayev xərçəng xəstəliklərinin özəl klinikalarda müalicəsinə icazə verilməsi və bu sahəyə nəzarət mexanizmləri barədə danışarkən deyib.
