Allahşükür Paşazadənin oğlu vəzifədən azad edildi

 Allahşükür Paşazadənin oğlu vəzifədən azad edildi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.

Asayis.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən bildirilib.

Bildirilib ki, proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib.

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğludur.

16:24 - 25 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin