Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?

 Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Asayis.az xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 8466 şəxsin məşğulluğu təmin edilib.

Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və s. aktiv məşğulluq tədbirləri həyata keçirilir.

14:22 - 24 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin