Bakıda gömrük terminalında meyit tapıldı

 Bakıda gömrük terminalında meyit tapıldı

Bakıda gömrük terminalında meyit tapılıb.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 19-da qeydə alınıb.

Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

12:30 - 20 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin