Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

 Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.

Bu barədə Asayis.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığıda deyilir:

"Əskişəhər şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

22:58 - 24 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin