“Araz” supermarket müştəriləri yenə aldadıb- Protokol yazıldı

 “Araz” supermarket müştəriləri yenə aldadıb- Protokol yazıldı

“Araz Supermarket” MMC barəsində inzibati protokol tərtib edilib.

Asayiş.az xəbər verir ki, oktyabrın 8-də supermarketdə qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən edilib.

Faktla bağlı şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Qanunvericiliyə əsasən, bu pozuntuya görə hüquqi şəxslərin 4 min manatdan 6 min manatadək cərimələnməsi nəzərdə tutulur. Cərimənin yekun məbləği açıqlanmayıb.

Qeyd edək ki, bu, “Araz”ın cari ildə eyni qanun pozuntusuna yol verməsi ilə bağlı ən azı beşinci haldır. Şirkət barəsində yanvarın 22-də, aprelin 15-də, iyunun 18-də və sentyabrın 29-da da analoji protokollar tərtib edilib.

“Araz Supermarket” MMC 2011-ci il yanvarın 6-da dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 055 020 manat, qanuni təmsilçisi Rəşad İbrahimovdur. Şirkət “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir.

Tiraj.az

18:39 - 24 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin