Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Rəhman Rauf oğlu Kərimov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada uzun sürən ağır xəstəlikdən vəfat edib.
Bu barədə Asayis.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.
