Ərdoğanın müavini ev dustaqlığına buraxıldı

 Ərdoğanın müavini ev dustaqlığına buraxıldı

Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.

Asayis.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd edək ki, Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində həbs edilib.

Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub. O, həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmaması üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını istəyib.

14:36 - 24 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin