Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.
Asayis.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40%-ə yaxın azalma olsa da, hədəf tamamilə təhlükəsiz nəqliyyat sistemidir.
Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb:
"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir".
