Bakıda 5 il əvvəl tikilən keçidin lifti işləmir - Video

 Bakıda 5 il əvvəl tikilən keçidin lifti işləmir - Video

Keçid də var, lift də, lakin liftin işlədiyini hələ görən olmayıb.

Asayis.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, söhbət paytaxtın Polad Həşimov küçəsində beş il bundan əvvəl tikilən piyada keçidindən gedir.

Liftin qarşısında antisanitar şərait hökm sürür, ətrafı üfunət bürüyüb.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qeyd olunan ünvanda yerləşən piyada keçidinin mövcud vəziyyətindən məlumatlıdırlar.

Ərazidə zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Liftin işlək vəziyyətə gətirilməsi üçün isə müvafiq ehtiyat hissəsi sifariş edilib. Həmin hissə təmin olunduqdan sonra lift bərpa edilərək yenidən istismara veriləcək.

10:46 - 24 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin