Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Bünyad Muxtar oğlu Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayevi vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
