Bakıda gənc oğlan qəza törətdi: ölən var

 Bakıda gənc oğlan qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Bünyad Muxtar oğlu Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

09:58 - 24 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin