"Abşeron" TM-in qarşısında ağır qəza: ölən var

Bakıda avtomobil piyadanı vurub.

Asayis.az xəbər verir ki, hadisə Qaradağ rayonu, "Abşeron" Ticarət Mərkəzinin qarşısında baş verib.

İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi VAZ-21154 markalı avtomobillə yolu keçən 80 yaşlı Əfsər Əkbər oğlu Əhmədovu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

10:14 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin