Vatsapda yayılan 100 AZN mükafat... - Xəbərdarlıq

 Vatsapda yayılan 100 AZN mükafat... - Xəbərdarlıq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar Vatsap platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.

Asayis.az MKA-ya istinadla xəbər verir ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

"MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

14:42 - 3 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin