Azərbaycanın idman dırmanması üzrə yeniyetmə millisinin üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, gənc idmançı "Shusha Climbers" klubunun təmsilçisi olub.
Həvva Yambulatova boulderinq və çətinlik növləri üzrə yarışlarda iştirak edib. O, Azərbaycan Alpinizm Federasiyasının təşkil etdiyi ölkə birincilikləri və kuboklarında mükafatçılar sırasında yer alıb.
İdmançı 2026-cı ilin sentyabrında yeniyetmə və gənclər arasında boulderinq üzrə keçirilən ölkə birinciliyində qızıl medal qazanaraq Azərbaycan çempionu olub. O, həmçinin Türkiyənin Samsun şəhərində təşkil edilən "Amisos Beynəlxalq Dırmanma Turniri"ndə iki medal əldə edib.
Qeyd edək ki, Həvva Yambulatovanın vəfatının səbəbi barədə məlumat verilməyib.
