Azərbaycanda məktəbli 33 yaşlı kişini bıçaqladı

 Azərbaycanda məktəbli 33 yaşlı kişini bıçaqladı

Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.

Faktla bağlı araşdırma aparılır.

09:08 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin