Yanmış meyiti tapılan Aqil Rəsulov məmur imiş - Foto

 Yanmış meyiti tapılan Aqil Rəsulov məmur imiş - Foto

Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.

Asayis.az Ölkə.az-a istinadla xəbər verir ki, o, Həbib Babayev adına şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Aqil Ədil oğlu Rəsulovun yanmış meyiti oktyabrın 31-də səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

11:04 - 3 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin