Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi

 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi

Ukraynada yaşayan soydaşımız yeni vəzifəyə təyin edilib.

Asayis.az Azərtac-a istinadla xəbər verir ki, Fərhad Quliyev Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini vəzifəsinə təyin olunub.

Fərhad Quliyev sosial media hesabında yazıb ki, ona həvalə edilən vəzifə Kiyevin təhlükəsizliyinin təmini baxımından məsuliyyətlidir.

"Mənə həvalə olunan vəzifənin məsuliyyətini, paytaxtın və dövlətin təhlükəsizliyini təmin etmək üçün səmərəli işin vacibliyini başa düşürəm", - deyə o əlavə edib.

16:44 - 3 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin