Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq

 Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq

Hövsan–Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Asayis.az-a verilən məlumata əsasən, sürücülərdən alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

17:48 - 2 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin