2025-ci ildə əhalinin gəlirləri 89 milyard 916 milyon manat olub. Bakı üzrə əhalinin gəlirləri 55 milyard 649 milyon manat təşkil edib. Bakı və Sumqayıt xaric Abşeron rayonunda bu rəqəm 4 milyard 959,9 milyon manat olub. Sumqayıtda əhalinin gəlirləri 2 milyard 932,4 milyon manat təşkil edib.
Asayis.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
“Beləliklə, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunda 2025-ci ildə əhalinin gəlirləri (maaş, təqaüd, sosial müavinat, icarə gəlirləri, VÖEN-lə işləyənlərin gəliri və s.) 63 mlrd. 540 mln. manat olub. Yəni ölkə üzrə əhali qazancının 62%-i Bakı şəhərinin payına düşür”, - ekspert qeyd edib.
O əlavə edib ki, Bakı həm də məhz bu səbəbdən aşırı yüklənib, yaşanılmaz hala gəlib.
Ekspertin fikrincə, əhali Bakı-Abşerona cəmləşir, bu isə iqtisadi problem olmaqla yanaşı, təhlükəsizliklə bağlı da ciddi suallar yaradır.
