Azərbaycan vətəndaşlarının bank kartlarını talayan dəstə Ukraynda zərərsizləşdirilib

 Azərbaycan vətəndaşlarının bank kartlarını talayan dəstə Ukraynda zərərsizləşdirilib

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib.

Asayis.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.

DİN-in qeyd edilən əməliyyatla bağlı yaxın saatlarda geniş məlumat yayacağı gözlənilir.

12:22 - 3 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin