Qonşunun həyətində xurma yığmaq istədi: faciəvi şəkildə öldü

 Qonşunun həyətində xurma yığmaq istədi: faciəvi şəkildə öldü

Ucar sakini bədbəxt hadisə nətiçəsində ölüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qulabənd kəndində baş verib.

Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Xankişiyev qonşunun həyətində xurma yığmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.

Fakt araşdırılır.

16:04 - 3 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin