“Stop” nişanı yerinə “Toxta” qoyulsun - Deputatdan maraqlı təklif

 “Stop” nişanı yerinə “Toxta” qoyulsun - Deputatdan maraqlı təklif

Deputat Hikmət Babaoğlu yol hərəkəti nişanlarının milliləşdirilməsi ilə bağlı çıxış edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dilini saflaşdırmaq və daha da zənginləşdirmək üçün “Yol nişanları lövhələrindəki “Stop” sözünün əvəzinə “dur”, ya da “toxta” sözünü işlətmək daha məqsədəuyğun olar.

"Aydındır ki, “stop” bizim sözümüz deyil. “Dur” əmr formasındadır və burada hərəkətin davamlılığı ifadə olunmur. Amma onun əvəzinə “toxta” sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərə qayıdaq. Axı bu, bizim öz sözümüzdür” – deyə o vurğulayıb.

13:36 - 31 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin