PUA hücumu: AZAL təyyarəsi Bakıya uça bilmədi

 PUA hücumu: AZAL təyyarəsi Bakıya uça bilmədi

Rusiyanın bir neçə hava limanında kütləvi PUA hücumlarına görə, onlarla aviareys gecikib, bəzi uçuşlar isə ləğv olunub.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, oktyabrın 30-u axşam saatlarından 31-nə keçən gecə Moskvanın Şeremetyevo və Vnukovo, eləcə də Sankt-Peterburqun Pulkovo hava limanlarında uçuş cədvəllərində ciddi dəyişikliklər baş verib.

Gecikmələr əsasən Dubay, Antalya, İstanbul, Soçi və Mərkəzi Asiya şəhərlərinə uçan sərnişinlərə təsir edib.

Məlumata görə, Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2 182 nömrəli Bakı reysi də gecikən uçuşlar arasındadır. Təyyarənin uçuşu saat 13:45-ə təxirə salınıb.

Bundan başqa, “EgyptAir” aviaşirkətinin Şarm-əl-Şeyx istiqamətində MS 728 nömrəli reysinin uçuşu saat 11:00-a keçirilib.

Rusiya hava limanlarında bəzi aviareyslərin gecikməsi bir neçə saat davam edib, bir sıra uçuşlar isə tamamilə ləğv olunub.

12:34 - 31 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin