17 yaşlı gənc ağır qəza törətdi - Foto

 17 yaşlı gənc ağır qəza törətdi - Foto

Bərdə rayonunda avtomobil qəzası baş verib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, qəsəbə sakini - 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb.

Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

16:16 - 31 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin