"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, yeni şirkət "Sea Breeze" layihəsinin icra olunduğu ünvanda - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu, 32-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 10 000 manat, qanuni təmsilçi isə Şakir Mahmud oğlu Mustafayevdir.

16:22 - 2 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin