Anasının evinə basqın edən "xeyriyyəçi" saxlanıldı - Video

 Anasının evinə basqın edən

Özünü xeyriyyəçi kimi təqdim edərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.

Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.

Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gələrək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.

Məlumata görə, Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, Namiq Kəlbiyev Tiktokda ehtiyacı olan şəxslərlə bağlı videolar paylaşır və izləyicilərini onlara maddi yardım etməyə çağırır.

14:32 - 2 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin