ABŞ-da federal hakim Prezident Donald Trampın “Voll Strit Jurnal” və onun ana şirkəti “Dow Jones”a qarşı qaldırdığı 10 milyard dollarlıq iddianı rədd edib.
Asayis.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Məhkəmə qərara alıb ki, Trampın nümayəndələri nəşrin əsl pis niyyətini sübut edə bilməyib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “Voll Strit Jurnal” Trampın 2003-cü ildə maliyyəçi Ceffri Epşteynin 50 illik yubileyinin qeyd edilməsi ilə bağlı məktub yazdığını iddia etmişdi.
