Ombudsman vəzifəsinə onun namizədliyini dəstəkləyəcəyəm

 Ombudsman vəzifəsinə onun namizədliyini dəstəkləyəcəyəm

Ombudsman vəzifəsinə Səbinə Əliyevanın namizədliyini dəstəkləyəcəyəm.

Asayis.az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə komitənin iclasında Ombudsmanın seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, son illərdə Ombudsman institutunun əhəmiyyəti artıb, vətəndaşların quruma müraciətlərində də artım müşahidə olunub. Onun sözlərinə görə, bu, vətəndaşların təsisata etimadının göstəricisidir.

A.Əlizadə Prezidentin təqdim etdiyi hər üç namizədin peşəkarlığına hörmətlə yanaşdığını vurğulayıb. Bununla yanaşı, Səbinə Əliyeva ilə birgə səfərləri zamanı onun vətəndaş məmnunluğunun artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətinin şahidi olduğunu qeyd edib.

10:14 - 30 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin