Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir

 Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir

Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.

Bu barədə Asayis.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.

"Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib.

13:40 - 30 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin