Ağdama daha 70 ailə yola salındı

 Ağdama daha 70 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Asayis.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülür.

Qeyd edək ki, Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

09:08 - 30 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin