Çinin “CRRC Zhuzhou Locomotive” şirkətindən alınacaq yeni qatarlar ADY-nin sərnişindaşıma coğrafiyasının genişləndirilməsinə imkan verəcək.
Asayis.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qatarların parka daxil edilməsi sayəsində resursların artması ilə 2030-cu ilədək mərhələli şəkildə Yalama, Mincivan və Astara istiqamətlərinə müntəzəm sərnişindaşıma xidməti təşkil ediləcək.
