Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki yolda piyada keçidi üçün işıqfor olsa da, yolun üzəri xətlənməyib.
Bu barədə ərazidə yaşayan sakinlərin Asayis.az-a ünvanladıqları şikayətdə qeyd olunub.
Sakinlər yolun xətlənməməsinin piyadaların həyatını təhlükəyə atdığını deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) saytımıza bildirilib ki, əraziyə baxış keçiriləcək və müvafiq tədbirlər görüləcək.
