Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb.
Asayis.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb.
Bildirilir ki, hazırda bölgələrdə kənd yumurtasının topdansatış qiyməti 35 qəpiyə qədər yüksəlib.
Qeyd edək ki, daha öncə də yumurtanın qiyməti 40 qəpiyə yüksəlmişdi.
